Ötən gün 8 nəfər yanıq xəsarətləri ilə 5 nömrəli Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsinə müraciət edib.
İnterpress.az xəbər verir ki, bunu şöbənin baş həkimi Şöhrət Mənmmədov deyib.
O bildirib ki, yanıq xəsarətləri alanlar 3-14 yaş arası uşaqlardır: \”Ağır yanıq xəsarəti alan xəstələr yoxdur. Xəsarət alanların hamısına ilkin tibbi yardım göstərilərək evə buraxılıb”.
Baş həkim qeyd edib ki, tonqalda yanan şəxslərdən 2-si qadın, qalanları oğlan uşaqlarıdır: \”Daha çox Bakının Sabail, Xətai, Nəsimi, Yasamal rayonlarından müraciət ediblər”.
İnterpress.az