Putin Boris Yeltsinin xanımını ordenlə təltif edibbackend

Putin Boris Yeltsinin xanımını ordenlə təltif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin Rusiyanın ilk prezidenti Boris Yeltsinin xanımı Naina Yeltsinanı Müqəddəs Yekaterina ordeni ilə təltif edib. Kremlin məlumatında xanımın xeyriyyə tədbirlərində fəal iştirakına görə mükafatlandırıldığı bildirlirib.
Putinin verdiyi sərəncamda bildirlir ki, eks-prezidentin dul xanımı sosial əhəmiyyətli humanitar proqramların həyata keçirilməsi üçün böyük vəsait sərf edərək xeyryyə tədbirlərində fəal iştirak edib. Bu, 85 yaşı tamam olan Naina Yeltsinanın aldığı ilk ordendir.
Müqəddəs Yekaterina ordeni Rusiya imperiyasında 1714-cü ildən 1917-ci ilə qədər mövcud olub. Hazırkı görüntüsüylə isə bu orden 2012-ci ildə, o zamankı prezident Dmitri Medvedev tərəfindən təsis edilib.
Martın 14-də xanım Yeltsinanın yubileyi şərəfinə Kremldə mərasim təşkil olunacaq.
\”B.N.Yeltsinin prezident mərkəzi\”nin icraçı direktorunun birinci müavini Lyudmila Telenin BBC-yə verdiyi məlumata görə, yubiley tədbirində Vladimir Putin də iştirak edəcək.
\”Putinin təşəbbüsü ilə keçirilən bu tədbirə qonaqları Naina İosifovnanın özü dəvət edib \”, – deyə Telen bildirib.
Yubiley ərəfəsində federal telekanallar onun haqqında filmlər nümayiş etdiribər. 1-ci və \”Rossiya\” telekanalı \”Naina Yeltsin. Sevgi etirafı\” (müəllif Lyudmila Telen, rejissor Mumin Şakirov) filmini yayımlayıb.
Ötən həftənin bazar günü isə NTV kanalında İradə Zeynalovanın \”Həftənin yekunu\” proqramında Naina Yeltsina ilə müsahibə efirə verilib. (bbc)

İnterpress.az