İnterpress.az-ın məlumatına görə, bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik deyib.
Onun sözlərinə görə, Avropa ölkələri Türkiyə vətəndaşlarına viza məsələsinin liberallaşdırılması üzrə obyektiv və dürüst mövqe tuta bilmir: Avropa İttifaqı ilə miqrasiyaya dair razılaşmaya yenidən baxılmalıdır.
Nazir, həmçinin bəyan edib ki, Türkiyə sazişin ona aid olan hissəsinə əməl edib, lakin Aİ-yə üzv ölkələr öz öhdəliklərindən boyun qaçırıblar.
İnterpress.az