İnterpress.az-ın məlumatına görə, insident Geğarkunik vilayətinin Sevan şəhərində baş verib. Məlumata əsasən prezident Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar partiyasının namizədləri arasında dava düşüb.
Məlumata əsasən deputat Karen Batoyan və deputatlığa namizəd Sevan çörək zavodunun direktoru Aşot Avedisyanın tərəfdarları arasında dava olub. Hadisəyə polis əməkdaşları müdaxilə etməli olublar.
Respublikaçılar partiyasının rəsmilərifaktı şərh etməkdən imtina ediblər.
İnterpress.az