Yarmarkalardakı qiymətlər niyə yüksəkdir?backend

Yarmarkalardakı qiymətlər niyə yüksəkdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, BakuPost.az-ın əməkdaşı məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun fikirlərini öyrənib. Deputat qiymətlərin fərdi şəkildə qaldırıldığını bildirib: \”Hər il bayramlarda Kənd Təəssüratı Nazirliyi müəyyən yarmarkalar təşkil edir. Orada məhsullar bazardan müəyyən qədər ucuz qiymətə təklif edilir Belə yarmarkalar indi də təşkil edilib. Amma oradakı qiymətlərin necə olduğunu deyə bilmərəm. Rəsmi statistikaya görə məhsulların qiyməti 15 faiz artıb. Statistika 15 faiz deyirsə, deməli ondan da artıq qiymət artımı var”.

Deputat qeyd edib ki, həmişə bayram öncəsi belə hadisələr olur: \”Qiyməti obyektiv yox, subyektiv artırırlar. Sonra da qiymət heç aşağı düşmür. Əksinə, artır. Yəni bu, adi haldır. Həmişə biz bununla qarşılaşırıq”.

Vahid Əhmədov hesab edir ki, yarmarkalarda qiymət bazardakı ilə fərqli olmalıdır: \”Yəni yarmarkalarda qiymətlər aşağı olmalıdır. Çünki nazirlik bunu təşkil edir. Müəyyən köməkliklər göstərilir və s.”.

İnterpress.az