\”Fransız\” ləqəbli qanuni oğru mənzilinin pəncərəsindən yerə atılıb. 27 yaşlı Maksim Fransuzovun cansız bədəni binanın həyətində tapılıb.
Hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.
Cinayətlə bağlı istintaq aparılır.
Qeyd edək ki, 27 yaşlı \”qanuni oğru\” ötən il də sui-qəsdə məruz qalıb.
Məlumata görə, \”Fransız\” ləqəbi ilə tanınan \”qanuni oğru\” 4 güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Dindirilmə zamanı o, kim tərəfindən güllələndiyini bilmədiyini deyib. Maksim Fransuzov həmçinin dindirilmə zamanı \”qanuni oğru\” adından imtina edib. (a24)
İnterpress.az