Jirinovski təhqir etdi- Deputatlar tam tərkibdə Dumanı tərk etdibackend

Jirinovski təhqir etdi- Deputatlar tam tərkibdə Dumanı tərk etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jirinovski dumada “Vahid Rusiya” partiyasını LDPR deputatlarına təzyiqdə ittiham edib:

“Sizi məhkəməyə verəcəyik. Gələn ilin mart ayında Kremlə gedəcəm. Alçaqlar və əclaflar, sizi güllələyəcək və asacağam”.

LDPR deputatları liderləri Jirinovski ilə birlikdə tam tərkiblə Dövlət Dumasının iclas zalını tərk ediblər.

Dumanın virse-spikeri Sergey Neverov etika üzrə komissiyanı Jirinovskinin çıxışına diqqətlə yanaşmağa çağırıb.

LDPR deputatları daha sonra liderləri olmadan zala geri qayıdıblar. Fraksiyanın mətbuat xidmətindən verilən məlumata görə, Jirinovski “Vahid Rusiya” partiyasını ünvanına səsləndirdiyi ifadələrə görə üzr istəməyi planlaşdırmır.

İnterpress.az