Məsələ ilə bağlı Sabunçu rayon pils idarəsindən AzNews.az-a verilən məlumata görə, \”Bilgəh\” sanatoriyasına heç bir silahlı hücum olunmayıb. Sadəcə həmin ərazidə bir qrup insan arasında dava olub. Hadisəylə bağlı Sabunçu rayon polis idarəsində istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, KİV-də yayılan məlumata görə, \”Bilgəh\” kardioloji sanatoriyasına oğurluq məqsədilə silahlı hücum baş verib. Əli bıçaqlı şəxs sanatoriya ərazisinə daxil olmaq istəyən şəxs mühafizəşi Şəhriyar Paşa oğlu Həmidzadəyə 3 bıçaq zərbəsi endirərək yaralayıb.
İnterpress.az