Həmvətənlərimiz Alim Qasımovu Tehranda ortaq konsert verməyə dəvət edən şəxsin – Homay Pərvazın onun səviyyəsində olmadığını bildiriblər.
Buna baxmayaraq, bəhs edilən konsert 9-10 mart tarixində baş tutdu ki, bu da həmvətənlərimizin ikinci dəfə etiraz və üzüntüsünə səbəb oldu.
İnterpress.az xəbər verir ki, Moderator.az-a məsələ ilə bağlı danışan Xalq artisti Alim Qasımov isə etiraz edənlərlə razılaşmır:
“Güneydə yaşayan həmvətənlərimizin iradları ilə tanış olmamışam. Amma deyim ki, Homay Pərvaz yaxşı musiqiçidi. Öz üzərində çalışan insandı. Onlar mənə olan sevgidən bu cür deyiblər. Bu, onların məhəbbətindən irəli gəlib. Amma musiqidə böyük səviyyə, kiçik səviyyə söhbəti olmur. Musiqi elə musiqidir. Əsas odur ki, farslarla azərbaycanlılar birgə həmin konsertə gəlmişdilər. Xeyli rezonans yaratdı. Konsert zalında yer olmadığı üçün əlavə stullar da qoymuşdular”.
İnterpress.az