İnterpress.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. \”Türklər S-400-lərin alınması ilə bağlı müqavilə bağlamaqda maraqlı olduqlarını bildiriblər. Təbii ki, biz də bu əməkdaşlıqda maraqlıyıq\” — Peskov deyib. Rusiya prezidenti Vladimir Putinin sözçüsü hazırda danışıqların davam etdiyini açıqlayıb. Rus mətbuatının yazdığına görə, Ankara və Moskva arasında qiymətlə bağlı yekun danışıqlar gedir.
İnterpress.az