Hollandiya Baş naziri Mark Ryuttenin liderlik etdiyi hakim Azadlıq və demokratiya uğrunda xalq partiyası; ölkədə keçirilən parlament seçkilərində qələbə qazanıb.
“Exit-poll”un nəticələrinə əsasən, partiya parlamentdə mövcud 150 yerdən 31-ni tutub.
Səsvermədə 2-ci yeri 3 partiya öz arasında bölüşdürüb: Gert Bildersin Azadlıq Partiyası, “Xristian-demokratik çağırış” və “Demokratlar-66”. Bu siyasi təşkilatların hər biri 19 səs toplayıb.
Xatırladaq ki, Hollandiyada parlament seçkiləri martın 15-də keçirilib. Seçkilərdə ölkə əhalisinin 81 faizi iştirak edib. Bu isə son 30 ilin rekord göstəricisidir. ( aznews.az )
İnterpress.az