Türkiyə Hollandiyanın inəklərini də “persona non-grata” elan edirbackend

Türkiyə Hollandiyanın inəklərini də “persona non-grata” elan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”BBC\”yə istinadən bildirir ki, iki ölkə arasında baş vermiş söz müharibəsinin ardınca diplomatik münasibətlərin kəsilməsindən sonra Türkiyə heyvandarlıq sahəsində də Hollandiya ilə gələcək əməkdaşlığı perspektivsiz hesab edib.
Türkiyə Ət İstehsalçıları Birliyinin başçısı Bülent Tunc deyib ki, demarş aktı olaraq artıq Holstein Friesian cinsindən olan 40 baş inək Hollandiyaya yola salınıb.
\”The Mail\” yazır ki, bu hadisə Hollandiyada milyonlarla insanın seçki məntəqələrinə yollandığı vaxta təsadüf edib.
Cənab Tunc Anadolu agentliyinə bildirib ki, Hollandiyanın Holstein inəkləri Türkiyədə geniş yayılmışdı, lakin son zamanlar bu inəklər \”ciddi problem yaratmağa başlayıb\”.
\”Biz gələcəkdə Hollandiyadan heç bir heyvandarlıq malları almaq istəmirik, – deyib Tunc, – Holstein inəklərinin ilk partiyası artıq Hollandiyaya geri qaytarılıb\”.
O deyib ki, Türkiyə bundan sonra yerli mal-qaranın yetişdirilməsinə diqqət yetirəcək.
\”Bizim özümüzün cins inəklərimiz var\” – deyib Tunc.
Tunc daha sonra Anadolu agentliyinə bildirib ki, 40 baş Holstein inəyi Canakkale vilayətindəki fermadan geriyə – Hollandiyaya qaytarılıb.
\”Əgər onlar inəkləri qəbul etməsələr, biz onları kəsib istehlakçılara paylayacağıq\” – deyib Tunc.
Türkiyə və Hollandiya arasında münasibətlər Haaqa, Türkiyə nazirlərinin Hollandiyada keçirilən türk icması mitinqlərində iştirakını qadağan edəndən sonra pozulub.
Bu mitinqlər bütün Avropa boyunca Türkiyədə keçiriləcək referendumun təbliğat kampaniyası çərçivəsində keçirilir.
Hökumət nazirləri Avropa türklərini referendumda AKP-ni dəstəkləməyə çağırırlar. Bu referendum hazırkı prezident Recep Tayyip Erdoğan-a geniş səlahiyyətlər verməlidir.
Türkiyə prezidenti onun nazirlərinin Hollandiyada mitinq keçirməsinə icazə verilmədikdən sonra bu ölkəni \”nasist tör-töküntüsü\” adlandırıb.
Bunun ardınca Türkiyə Hollandiya ilə bütün diplomatik münasibətləri kəsib.
Hökumət bildirib ki, hazırda məzuniyyətdə olan səfir Kees Cornelis van Rij qeyri-müəyyən vaxtadək Ankaraya gəlməməlidir.
Bundan başqa Ankara Haaqanı iqtisadi sanksiyalarla hədələyib.
Hollandiya Türkiyənin başlıca ticarət partnyorlarından və investorlarından biridir.

İnterpress.az