“Mövlud kimi istedadlı bir insanın həyatına son qoyması…”backend

“Mövlud kimi istedadlı bir insanın həyatına son qoyması…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mövlud kimi istedadlı bir insanın həyatına son qoyması çox ağrılı bir haldır. Allah o dünyasını versin. Quranda da var ki, qəlbləri Allahdan başqa heç kim bilməz. Heç kim bilmir ki, qarşındakı insan nə acılar çəkir, nələr düşünür.”
İnterpress.az xəbər verir ki, bu sözləri Moderator.az a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. O, həmçinin qeyd edib ki, intihar hadisələrinə səbəb insanların daxilində olan ekstisional boşluqdan yaranır:
“İntiharların əksər hallarda səbəbi insanın həyatında məna görməməsidir. Nəticədə ani qərarlar belə hadisələrə səbəb olur. İnsanlar çalışmalıdırlar ki, həyatlarına məna qatsınlar”.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü yazar Mövlud Abdullayev kirayə yaşadığı Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzilin eyvanından özünü ataraq intihar edib.

İnterpress.az