Birləşmiş Krallıq Avropa İttifaqını tərk edir – Kraliça sənədi təsdiqlədibackend

Birləşmiş Krallıq Avropa İttifaqını tərk edir – Kraliça sənədi təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla da “Brexit” barədə sənəd qüvvəyə minib.

Kraliçanın qərarından sonra Baş nazir Tereza Mey Avropa İttifaqından çıxmaq haqda Lissabon müqaviləsinin 50-ci maddəsindən istənilən an istifadə etmək hüququ qazanıb.

Yerli KİV-lər Baş nazirin Hollandiyadakı seçkilərin nəticələrinin tam elan olunmasını , eləcə də Şotlandiya milli partiyasının həftəsonu keçirilən konfransının yekunlarını gözləyəcək. “Brexit”in işə salınması ehtimal olunan tarix kimi daha çox 27 mart qeyd olunur.

Rəsmi London və Brüssel arasında danışıqlar ən azı 2 il vaxt aparaq. Belə olan halda, Birləşmiş Krallıq Avropa İttifaqını 2019-cu ildə tərk edə biləcək.

İnterpress.az