\”Report\” xəbər verir ki, bu barədə \”UNN\” agentliyi şəhər polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə \”Zaporojkoks\” zavodunda qeydə alınıb. Hadisə zamanı 4 nəfər ölüb. Partlayışın təmir zamanı baş verdiyi bildirilir.
Belə ki, təmir zamanı yaranmış partlayış zamanı 3 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Daha bir nəfər isə təcili yardım maşınında ölüb.
Mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə baxış keçirilir.
İnterpress.az