“Kiməsə yaltaqlanmaq fikrim yoxdur”backend

“Kiməsə yaltaqlanmaq fikrim yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Yevda Abramov deyib.

“Bu cür informasiya bizə yaraşmır. Kiməsə yaltaqlanmaq fikrim yoxdur. Dünyada baş verən böhrana baxmayaraq, Azərbaycan bu sınaqdan mərd çıxdı. Biz bu xəstəliyi sancı olmadan keçirdik. Düzdür, bundan da yaxşı hesabat verə bilərdik. Çünki bizim hadisələri qabaqcadan görən prezidentimiz var”.

Y.Abramov xarici valyuta ilə bağlı narahatlığını dilə gətirib: “Dolların alışı ilə satışı arasında kəskin fərq var. Heç bir yerdə belə fərq olmayıb. Bununla xalqın belini qırırıq. Bir qrup insan bizə mane olur, kimlərdir, bilmirəm”.

İnterpress.az