Cebhe.info-ya ünvanlanan şikayətdə qeyd olunur ki, axşam 9-da mağazalar çörəyin olmadığını deyir. Mağaza sahibləri çörək zavodlarını təqsirləndirsə də, zavodlar günahı üzərlərindən atır. Çörək qıtlığı bilərəkdən yaradılır, yoxsa qiymətlərin bahalaşması fonunda istehsalda yaranan problemlərlə əlaqədardır?
“Sərham” çörək zavodundan Cebhe info-ya verilən məlumata görə, gün ərzində bir neçə dəfə çörək mağazalara təhvil verilir. Mağazalar nə qədər tələb edirsə, zavod tərəfindən onlara uyğun sayda çörək təhvil verilir: “Bizə nə qədər çörək sifariş edilirsə, o qədər də təhvil veririk. Heç bir qıtlıq yoxdur”.
Digər çörək zavodları ilə də əlaqə saxladıq, onlar da eyni fikri təkrarlayıb. Görünür, mağazalar çörəklərin satılmamasından ehtiyatlanaraq axşam saatlarında daha az sifariş edirlər ki, bu da mağazalarda qıtlığın yaranmasına səbəb olur.
İnterpress.az