İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki,Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı evdə divan, televizor yanmış və yüksək temperaturdan evin tavanı 12 m² sahədə qarsalanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az