Baş redaktor yazıya görə DTX-yə çağırıldıbackend

Baş redaktor yazıya görə DTX-yə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, buna səbəb \”AzPolitika” saytının 15 mart tarixli buraxılışında yayımlanmış \”GENERAL İNTİM VİDEO İLƏ ŞANTAJ OLUNUB! – \”Reket şəbəkə”ni həbs etdirənin kimliyi bilindi!” sərlövhəli yazı olub. Bu yazıda DTX tərəfindən ötən ilin dekabr ayında həbs olunmuş reket \”jurnalistlər” – \”Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev və \”Bizim Dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin yüksək post tutan nüfuzlu bir generalı oğlunun intim videosu ilə şantaj etmələrindən bəhs olunub.

Müstəntiq Mətləb Mehdiyev baş redaktordan bu yazı ilə bağlı şahid qismində ifadə alıb. E.Məhərrəmli bildirib ki, yazıdakı iddialarla bağlı ona məlum olan bütün təfərrüatları öz ifadəsində qeyd edib.

\”Söhbətimiz 2 saatdan artıq çəkdi və normal atmosferdə keçdi” – deyə, baş redaktor bildirib.

İnterpress.az