İnterpress.az xəbər verir ki, F.Haşimi İran hökumətinin əleyhinə təbliğatda ittiham edilir. Verilən məlumata görə, Faze Haşimi məhkəmə sistemi və mühafizə barədə tənqidi qeydlərinə görə yenidən 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F.Haşimi 2012-ci ildə 6 ay müddətinə həbs olunmuşdu. Ona ölkənin siyasi və mədəni həyatında iştirakına 5 il müddətinə qadağa qoyulmuşdu.
Əli Əkbər Haşimi-Rəfsəncani 1 934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində kəndli ailəsində dünyaya gəlib. Xomeyninin sağ əli ola Rəfsəncani 1980-1989-cu illərdə İslam məşvərət şurasıda Məclis spikerliyi vəzifəsini tutub.
Rəfsəncani 1989-cu il iyun ayında Xomeyninin ölümündən sonra İranın dövlət başçısı olub. Rəfsəncani mühafizəkar və praqmatik siyasət yürütməklə peşəkar siyasətçi kimi yaddaşlara həkk olunub. O, qonşu ölkələrlə, keçmiş SSRİ və ərəb ölkələri ilə normal münasibətlər quru. 1993-ci ildə yenidən dövlət başçısı seçilib. 1997-ci ildə seçkiyə qatılmayıb. 2005-də İrandakı prezident seçkilərinə qatılan Rəfsəncani Mahmud Əhmədinecəda məğlub olub. Rəfsəncani bu ilin yanvar ayında 82 yaşında vəfat edib.
İnterpress.az