İnterpress.az xəbər verir ki, səfərdə Çinlə 65 milyard dollar dəyəri olan 14 müqavilə imzalayıb.
Səudiyyə kralı Salman bin Əbdüləziz rəsmi səfər çərçivəsində Çinin dövlət başçısı Şi Cinping ilə görüşüb. Kral Çinin paytaxtı Pekində Tiananmen Meydanındakı Böyük Xalq Salonunda rəsmi tədbirlə qarşılanıb.
Heyətlərarası görüşdə terrorla mübarizə, \”Səudiyyə Ərəbistanı 2030\” və tarixi İpək yolu mövzuları müzakirə edilib.
İkitərəfli görüşlərdən sonra Pekin və Ər-Riyad rəhbərliyi arasına energetika, kosmos, texnologiya, təhlükəsizlik və mədəniyyət sahələrində ümumi dəyəri 65 milyard dollar olan 35 layihəlik 14 müqavilə imzalanıb. Çinin xarici işər nazirinin müavini Şi və Kral Salmanın köhnə dost oluğunu bildirib.
Qeyd edək ki, Kral Salmanı Çinə səfəri çərçivəsində 25 şahzadə, 10 nazirdən ibarət 500 nəfərlik heyət müşayət edib.
İnterpress.az