İnterpress.az-ın məlumatına görə, bu barədə “Gallup”ın apardığı sorğunun nəticəsində qeyd olunur.
Martın 18-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 37%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 58%-i isə mənfi qiymətləndirib.
Sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. Qeyd edək ki, \”Gallup\”-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir.
İnterpress.az