Rokfeller öldübackend

Rokfeller öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Rokfeller ailəsinin sözçüsü Fraser P. Seitel tərəfindən verilən açıqlamada Rokfellerin bazar ertəsi səhər evində öldüyü açıqlanıb. Rokfellerin xroniki ürək çatışmazlığı səbəbindən Nyu-Yorkdakı evində yatdığı zaman vəfat etdiyi qeyd olunub.

Dünya iqtisadiyyatında olduqca nüfuzlu bir ad olaraq tanınan Rokfeller 200 yaşını görmək istəyirdi.

6 dəfə ürək,, 3 dəfə böyrək və 2 dəfə ciyər nəqli əməliyyatı keçirən Devid Rokfeller 100 yaşına girdikdə verdiyi bəyanatda \”200-cü doğum günümü də qeyd etmək istəyirəm\” deyə danışmışdı.

Qeyd edək ki, Devid Rokfeller 12 İyun 1915-ci ildə dünyaya gəlib. Standard Oil adlı nəhəng enerji şirkətinin banisi Con D.Rokfellerin nəvəsi David Rokfeller Cİ-pi Morqan Chase tərəfdaşlarından və dünyanın ən yaşlı milyarderi kimi tanınırdı.

Rokfeller \”Dünya imperatorluğu\” və \”Yeni dünya düzəni\” kimi ritorikaları diqqət çəkmiş və təpki toplamışdı.

Forbes jurnalına görə Rokfellerin şəxsi sərvəti təxminən 3.2 milyard dollar. Ancaq idarə etdiyi pulun bundan qat-qat artıq olduğunu bildirilirdi.

İnterpress.az