“Twitter” terrorla əlaqəli 380 min istifadəçini blok edibbackend

“Twitter” terrorla əlaqəli 380 min istifadəçini blok edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkənin hesabatında bildirilir. \”2016-cı ilin 1 iyul – 31 dekabr tarixləri ərzində terrorçuluğun təbliğatı ilə əlaqəli pozuntulara görə 376 min 890 əkkauntun işi dayandırılıb\”, — deyə hesabatda qeyd olunur. Bununla belə, belə əkkauntların 74 faizi \”Twitter\”in spamlarla mübarizə üzrə şəxsi alətləri vasitəsi ilə aşkar olunub.

Hesabatda, həmçinin bildirilir ki, 2015-ci ilin 1 avqustundan 2016-cı ilin 31 dekabrına qədər cəmi 636 min 248 əkkauntun fəaliyyəti əngəllənib.

İnterpress.az