İnterpress.az APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.
“Prezident Tramp aprelin 25-də Brüsseldə NATO-nun zirvə görüşünə qatılacaq. Alyansın baş katibi Yens Stoltenberq sammitin keçiriləcəyi tarixi bu gün elan edib”, deyə Ş.Spayser bildirib.
Bundan əvvəl aprelin 12-də ABŞ lideri Vaşinqtonda NATO-nun baş katibini qəbul edəcək. Bu, Stoltenberq və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.
İnterpress.az