Araşdırma göstərib ki, 80-yaşlı hindu-çimanenin damarları 55 yaşlı amerikalının damarları ilə eyni vəziyyətdədir.
Live Science xəbər verir ki, araşdırmada 40 yaşdan yuxarı olan 700-dən artıq hindu iştirak edib. Onların 85%-də ürək-damar sistemi xəstəliklərinin riski minimum səviyyədə olub. Amerikalıların arasında bu göstərici 14% təşkil edir.
Hətta 75 yaşdan yuxarı olan hinduların 65%-də ürək-damar sistemi xəstəliklərinin riski aşağı qiymətləndirilib.
Alimlərin fikrinə görə, bu valehedici göstəricilərin səbəbi hinduların qidalanması və həyat tərzindədir.
Belə ki, hinduların qidalanmasında əsas yer lifli meyvə-tərəvəz tutur – xüsusilə banan, qarğıdalı və manioka (Amerikada bitən tərəvəz).
İnterpress.az