İnterpress.az-ın məlumatına görə, qalib adını qazanan kanadalı Məqqi MakDonnell 1 milyon dollarlıq mükafat fonduna sahib çıxıb. O, dünyanın 179 müxtəlif ölkəsini təmsil edən 20 min namizəd arasında birinci olub.
Məqqi MakDonnell 6 ildir ki, Kanadanın Arktik ərazilərində yerləşən, əhalisi inuitlərdən ibarət olan Sallyui kəndində müəllimə işləyir.
Sallyuidə intihar ortalaması olduqca yüksəkdir. Makdonnell indiyə kimi 10 intihar hadisəsinin şahidi olub:
\”Müəllimə kimi sinifə girdiyim ilk gündəcə boş yazı masası ilə qarşılaşmışdım. Sükunət hakim idi. Onları diqqətdən kənar qoymadığınız üçün sizə minnətdarlığımı bildirirəm\”.
Məqqi MakDonnell qızların həyat bacarıqlarını inkişaf etdirmək üçün xüsusi proqram hazırlayıb. Qeyd edək ki, regionda qızlar arasında erkən yaşlarda hamiləlik və təcavüz hadisələri geniş yayılıb.
Sallyui kənd məktəbinə təyin olunan müəllimlərin əksəriyyəti dərs ili bitmədən oranı tərk ediblər.
Kanadanın baş naziri Castin Trudo video-mesaj vasitəsilə Məqqi MakDonnelli təbrik edib.
İnterpress.az