Poroşenko: “Rusiya imzası var”backend

Poroşenko: “Rusiya imzası var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Poroşenko bu qətlə görə Rusiyanı ittiham edib:

\”Rusiya xüsusi xidmət orqanlarının imzası aşkardır. Bu imzaya əvvəllər Avropanın bir neçə ölkəsində rast gəlmək olardı.\”

Ukrayna prezidenti Xarkovda silah anbarında yanğının məhz bu gün törədilməsinin də təsadüfi olmadığını vurğulayıb.

Rəsmi Moskva isə Poroşenkonun bu ittihamlarını absurd adlandırıb. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov bəyan edib ki, cinayətkarın tezliklə tapılacağına ümid edirlər.

Xatırladaq ki, bu gün Ukraynanın paytaxtında Rusiya Dövlət Dumasının vətəndaşlıqdan imtina edən keçmiş deputatı Denis Voronenkov öldürülüb.

İnterpress.az