Bir neşə saat əvvəl İŞİD terror qruplaşması Böyük Britaniyanın mərkəzi Londonda Vestminister körpüsü üzərində baş verən terror hadisəsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, 22 mart tarixində Londonun Vestminister körpüsündə şəxsiyyəti açıqlanmayan bir nəfər avtomobili insanların üzərinə sürüb. Daha sonra avtomobildən enən şəxs bıçaqla insanlara hücum edərək, parlamentin binasına daxil olmağa çalışıb. Amma hüquq-mühafizə orqanları onu zərərsizləşdirə biliblər. Nəticədə, 5 nəfər ölüb, 40 nəfər yaralanıb.
İnterpress.az