İnterpress.az xatırladır ki, reydin keçirilməsinə səbəb elektron KİV-lərdə həmin mağazalarda Ermənistanda istehsal olunmuş malların satılmasına dair məlumatların getməsi olub. QAT-çılar mağazanın baş meneceri ilə görüşüb, məsələyə aydınlıq gətirməsini xahiş ediblər. Mağaza təmsilçisi bildirib ki, tamamilə yanlış və təxribat xarakterli məlumatdır. QAT-çılar satışa təqdim olunan mallara baxış keçiriblər, yayılan şaiyələrə uyğun heç bir fakt aşkar etməyiblər. QAT sədrinin müavini Barat İmani bildirib: “Hər kəs bu cür məsələlərə həssas yanaşmalıdır, bu xırda məsələ deyil, ermənilər hər cür təxribatdan istifadə edirlər. Ona görə də ticarətçilər də, alıcılar da bu məsələlərdə ayıq-sayıq olmalıdırlar”.
İnterpress.az