Hər gün bir stəkan ayran için – XƏRÇƏNGDƏN QORUYURbackend

Hər gün bir stəkan ayran için – XƏRÇƏNGDƏN QORUYUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilib.

Tərkibində az miqdarda yağ, zülal və 0,7- 0,8%-dək süd turşusu olur. Ayranın yaranma tarixi də çox maraqlıdır. Belə ki, Göytürklər zamanında turşumuş qatığın (yoqurdun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə yeni içki növü, yəni ayran meydana çıxıb. Ayranın insan sağlamlığı üçün faydaları çoxdur. Mütəxəssislər deyir ki, hər gün bir stəkan ayran içmək xərçəng riskini azaldır.

Ayran maddələr mübadiləsini sürətləndirir, sümükləri bərkidir, qanı toksinlərdən təmizləyir. Heç bir əks təsiri olmayan ayran gün boyunca enerjili olmağınızı təmin edir.

İnterpress.az