İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.
Dabbo-Sidney marşrutu üzrə uçan təyyarə hava limanına geri dönməli olub.
Təyyarənin göyərtəsində 26 sərnişinin olduğu bildirilir. İnsident nəticəsində zərərçəkən olmayıb.
Avstraliyanın Mülki Aviasiya İdarəsi insidentlə əlaqədar araşdırma aparır.
İnterpress.az