İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, terrorizmlə mübarizə mövzusu, bütün dünya üçün, o cümlədən Rusiya və Türkiyə üçün ikitərəfli müzakirə gündəliyinin ayrılmaz hissəsinə çevrilib. Xüsusən də Yaxın Şərq və Şimali Afrika regionunda mürəkkəb proseslərin, o cümlədən, Suriyada və İŞİD-lə mübarizə kontekstində iki ölkə mühüm rol oynayır.
Rusiyanın məsləhətləşmələrdəki nümayəndə heyətinə xarici işlər nazirinin müavini Oleq Sıromolotovun rəhbərlik edəcəyi planlaşdırılır.
İki ölkə arasında əvvəlki məsləhətləşmələr 2016-ci ilin oktyabr ayında Türkiyənin paytaxtı Ankarada keçirilib. (report)
İnterpress.az