İnterpress.az xəbər verir ki, hicabların çıxarılmasının tələb olunması səbəbindən təklif olunan işi qəbul etməyən hicablı işsizlərin işsizlik müavinətləri isə kəsiləcək.
Avropa Birliyinin ən yüksək məhkəmə orqanı olan Avropa Ədalət Divanı 14 martda qəbul etdiyi bir qərarla birlik üzvü olan ölkələrdə işəgötürülən işçilərinin hər hansı bir siyasi, fəlsəfi və ya dini simvol daşımalarını qadağan edib.
Danimarkanın ən böyük bələdiyyələrindən ikisində işçilərdən hicablarının çıxarılmasının tələb olunmasına baxmayaraq bunu qəbul etməyən hicablı işsizlərin əmək haqları kəsilib.
Danimarka əmək qanunları əsasən, işsiz Danimarkalılar iş tapma müəssisələrinin göstərdikləri işləri özlərinə uyğunluğunu müzakirə etmədən qəbul etmək məcburiyyətindədirlər.
Danimarka Xalq Partiyasının sözcüsü, deputat Martin Henriksen “Danimarka cəmiyyətində bizim İslamçı meyllərə yox demək haqqımız mühümür. Hicab insanları pak və natəmiz olmayan hissələrə bölən bir ideologiyanın rəmzidir” -deyə danışıb.
İnterpress.az