Hörmüz boğazında ABŞ-İran gərginliyi yaşanıb. İnterpress.az-ın məlumatına görə, İran donanmasına məxsus gəmilər, Hörmüz boğazından keçən ABŞ döyüş gəmisinin qarşısını kəsib. Bundan sonra ABŞ döyüş gəmisindən hərbi helikopterlər havaya qalxıb.
Yaşanan gərginliklə əlaqədar ABŞ-dan İrana xəbərdarlıq edilib. ABŞ donanmasının rəhbərliyi İranı gəmilərinin bu addımını \”təcavüz\” kimi dəyərləndirib.
İnterpress.az