Deputat növbətçi müdiri döydübackend

Deputat növbətçi müdiri döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ifrat sağ görüşlü \”Siv Sena\” partiyasının millət vəkili Ravindra Gaikvad biznes sinfə aid bileti olsa da, təyyarədə ekonom sinfinə məxsus qoltuqda uçmaq məcburiyyətində qalıb.

Bu hadisədən əsəbləşən deputat növbətçi müdiri tərliyi ilə döyüb. Hindistan hava yolları isə millət vəkilini məhkəməyə verib. Şirkət Ravindraya bundan sonra təyyarələrində uçmağa icazə verməyəcəyini bildirib.

Hadisə həftənin cümə axşamı Pune-Yeni Delhi səfərində baş verib. Təyyarə endikdən sonra deputat heyətin üstünə qışqırıb. Millət vəkili 30 dəqiqə təyyarədən enməkdən imtina edib. Hava yollarının növbətçi müdiri Skumar hadisə yerinə çağırılıb.

Deputat ondan təyyarədən enməyi xahiş edən Skumara əvvəlcə yumruq atıb. Sonra isə yerə yıxaraq tərliyi ilə döyməyə başlayıb.

İnterpress.az