Türkiyə sərhədində gərginlik — Bolqar nümayişçilər sərhədi bağladılarbackend

Türkiyə sərhədində gərginlik — Bolqar nümayişçilər sərhədi bağladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Türkiyədən Bolqarıstana səfər edənlərin nümayişçilərin olduğu əraziyə keçməsinə icazə verilmir.

Bolqarıstanda növbədənkənar seçkilər başlayır. Türk seçicilərin səs vermələrini istəməyən bolqar fanatlar sərhədi bağlayıblar. Bolqarıstanda ifrat milliyyətçi qrupun aksiyalarını lentə almaq istəyən türk jurnalistlərin ölkəyə girişinə də icazə verilməyib.

Günorta saatlarında aksiyaları lentə almaq üçün sərhəd buraxılış məntəqəsinə yaxınlaşan türk jurnalistlər \”Kapitan Andreevo\” sərhəd qapısına yaxınlaşıb. Gömrük məmuru isə aksiya səbəbindən jurnalistləri ölkəyə buraxmayıb. Hadisənin beynəlxalq müqavilələrə uyğun olmadığı bildirilsə də, türk jurnalistlər hələ də neytral zonada qalıblar.

İnterpress.az