İnterpress.az xarici KİV-ə istinadən məlumat verir ki, bunu Almaniya Kansleri Angela Merkel İtaliyanın \”Rai\” teleradio şirkətinə müsahibəsində deyib.
A.Merkel qeyd edib: \”Əlbəttə, biz heç də hər şeyi yaxşı etməmişik. Bəzi işlər natamam qalıb\”.
O, avropalı siyasətçilərin miqrasiya və iqtisadi məsələlərdə səhv etdiklərini də bildirib:
\”Məsələn, biz sərbəst yerdəyişmədən çıxış edərək xarici sərhədlərin mühafizəsi haqqında düşünmədik. Vahid valyuta yaradanda isə onu böhrana davam gətirmə qabiliyyətli etmədik. Lakin indi bank ittifaqı və stabilləşdirmə mexanizmi yaradırıq\”.
İnterpress.az