Spirtli içki içənlərin sayı artıbbackend

Spirtli içki içənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən bildirir ki, 2017-ci ilin ilk iki ayında 2 898,07 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 913,93 min dollar yaxud 46,06% çoxdur.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,18%-ni təşkil edib.

Komitədən bildirilib ki, iki ay ərzində Azərbaycana ümumilikdə 5 673,79 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2 581,45 min dollar və ya 83,48% (1,8 dəfə) çoxdur. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,58% təşkil edib.

İnterpress.az