İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mersisayd qraflığının Virral rayonunda, yaşayış binalarından birində qeydə alınıb. İlkin ehtimala görə, partlayışa qaz qızması səbəb olub. Partlayış nəticəsində bina tamamilə uçub.
Hadisə nəticəsində 32 nəfər xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.
İnterpress.az