“Əl-Qaidə”nin məşhur döyüşçüsü öldürüldübackend

“Əl-Qaidə”nin məşhur döyüşçüsü öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
“ABŞ Müdafiə Nazirliyi təsdiq edir ki, Amerika Hərbi Hava Qüvvələrinin döyüşçüləri bombalaması nəticəsində martın 19-da Paktika əyalətində “Əl-Qaidə”nin məşhur terrorçusu Kari Yasin məhv edilib. O, iki Amerika hərbi qulluqçusunun həlak olmasına görə məsuliyyət daşıyır”, – Pentaqon bildirib.
Pentaqonun məlumatına görə, Pakistan sakini Yasin 2008-ci il sentyabrın 20-də İslamabadda “Mariott” mehmanxanasında partlayışa cəlb olunub. Amerika hərbçiləri həmin partlayışda həlak olublar.
Bundan başqa, Pentaqon qeyd edir ki, o, 2009-cu ildə Pakistanın Lahor şəhərində Şri-Lankadan olan kriket komandasının olduğu avtobusa hücumda iştirak edib. Hücumda altı polis və iki mülki vətəndaş həlak olub, komandanın altı üzvü yaralanıb.

İnterpress.az