İnterpress.az-ın məlumatına görə, kütləvi dava Hantinqton Biç (Huntington Beach) şəhərində Amerika prezidenti tərəfdarlarının nümayişi zamanı qeydə alınıb.
“Los Angeles Times”ın məlumatına görə, 200-dən çox insan ABŞ prezidentini dəstəkləmək üçün aksiya keçirib.
Nümayiş zamanı naməlum şəxs təşkilatçılardan biri olan qadının gözünə bibər qazı vurub. Dava məhz bundan sonra başlayıb.
Hüquq-mühafizə orqanları dava iştirakçılarını qovmaq məcburiyyətində qalıblar. Bir neçə nəfər həbs olunub.
İnterpress.az