İnterpress.az xəbər verir ki, israilli mühəndislər Suriyanın hava hücumundan müdafiə sisteminin kodlarına \”əl gəzdiriblər\”. Suriya isə bu səbəbdən İsraili hücumların davam edəcəyi təqdirdə raketlə vurmaqla hədələyib.
Əsəd rejimi Suriyada \”Hizbullah\” hədəflərini bombalayan İsraili hədələyib. Rusların vasitəsilə ötürülən mesajda bildirilir ki, hərbi hədəflərə qarşı təşkil edilən hücumlara cavab veriləcək. Suriya hökuməti eyni zamanda bildirib ki, mülki əhalinin bombalanmasına cavab olaraq Hayfa limanı və neft-kimya zavodları bombalanacaq.
İran isə iddia edir ki, Moskva Tehrana satdığı \”S-300\” raketlərinin kodlarını İsrailə də satıb. İsrail də Suriyaya təşkil etdiyi hücumlarda bu kodlardan istifadə edib.
İnterpress.az