Şirvan şorbasıbackend

Şirvan şorbası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 x.q. alça turşusu
2 ədəd əncir qurusu
1 ədəd baş soğan
200 qr maş lobya
100 qr kərə yağı
1 l ət bulyonu
4 ədəd innab
100 qr buğda
50 qr noxud
Duz, istiot

Hazırlanması:
Soğan və innab xırda, əncir kubvarı doğranır.
Lobya və noxud suda bişirilir.
Buğda axşamdan isladılır.
Soğan yağda qızılı rəng alanadək qızardılır.
Üzərinə buğda əlavə edilib qovrulur.
Qarışığa noxud, lobya, innab, əncir əlavə edilib təkrar qovrulur.
Qovrulan ərzaqların üzərinə alça turşusu tökülür.
Kütləyə bulyon tökülür, duz, istiot səpilib qarışdırılır.
Şorba 30-35 dəqiqə zəif odda qaynadılır.

Şirvan şorbası

İnterpress.az