Azərbaycanda bir sıra müxalif saytlara girişlə bağlı problemlər aradan qaldırılıb.
İstiPress-in məlumatına görə, ötən gün axşam saatlarından ölkə ərazisində “Azadlıq” radiosu, “Azadlıq” qəzeti və “Meydan” portalının saytlarına daxil olmaq mümkün deyildi. Artıq bu gün saytlardan istifadə bərpa edilib.
Saytların bloklanmasının səbəbləri ilə bağlı məlumat verilməyib.
İnterpress.az