İnterpress.az “Sputnik”ə istinadən xəbər verir ki, istintaq zamanı baş həkimin evdə tək olmadığı məlum olub.
“Cinayət törədildiyi zaman Səfərov evdə xanımı ilə olub. Lakin o iddia edir ki, hadisənin necə baş verdiyini görməyib”, – deyə polisdən bildirilib.
Səfərova sorğu zamanı qeyd edib ki, Türkiyə telekanalında yayımlanan seriala baxdığından cinayətkar və ya cinayətkarların evə necə daxil olduqlarının fərqinə varmayıb.
Kriminalistlərin hadisə yerinə baxışı zamanı oğurluğa dair heç nə aşkarlanmayıb.
Cinayətin təfərrüatları hələ ki, məlum deyil. Bu hücumun şəxsi mənfəət üçün törədildiyi də bəlli deyil. İlkin ehtimala görə, evdən heç nə oğurlanmayıb.
Faktla bağlı araşdırmalar davam edir.
İnterpress.az