Qırğızıstanın paytaxtı Bişkekdə qırğız rəssamların əsərlərinin “Əbədi sərvətlərin sərgisi” adı altında keçirilən təqdimatı zamanı qızıldan hazırlanmış Quranın səhifələri də nümayiş olunub.
İnterpress.az xəbər verir ki, Allah Kitabının səhifələrini 2010-cu ildə ən yüksək keyfiyyətli – 999 əyarlı qızıl və gümüşdən Moskva zərgərlik zavodunun ustaları hazırlayıb. Bişkekə həmin Quranın cəmi 4 səhifəsi gətirilib. Sözsüz ki, bu əsər sərginin incisinə çevrilib.
Moskvadakı “Qızıl Quran” – Müqəddəs Kitabın VII əsrdə 3-cü İslam xəlifəsi Osman ibn Əffanın əli ilə yazılmış nüsxəsinin surətidir. Mütəxəssislər qeyd edir ki, bütün bəşəriyyət üçün misilsiz mədəni-mənəvi dəyər təşkil edən bu əmanət-təbərrükün dünyada analoqu yoxdur.
P.S. Peyğəmbərimizin(s) hədislərində buyurulur ki, Quran və məscidlərin hədsiz bəzədilməsi Qiyamət əlamətidir… (moderator.az)
İnterpress.az