Əməkdar artist Firuz Xudaverdiyev vəfat etdibackend

Əməkdar artist Firuz Xudaverdiyev vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mərhumun ailəsindən APA-ya verilən məlumata görə, aktyor bu gün evində vəfat edib.

F. Xudaverdiyev bədxassəli şişdən əziyyət çəkirdi. O, bu gün Qobu qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Firuz Xudaverdiyev 1939-cu ildə Bakının Qobu kəndində anadan olub. O, Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

F. Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, \”Pəncərədə işıq”, \”Biz qayıdacağıq”, \”Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib.

İnterpress.az