İnterpress.az xəbər verir ki, buna səbəb İvankanın yaxın qohumları ilə birgə Vaşinqtonun ən nüfuzlu bölgəsi sayılan Kaloramaya köçəndən sonra həmin ətrafda səliqəsizlik yaratması olub. Qonşular eyni zamanda bildiriblər ki, İvankanın gəlişindən sonra həmin bölgədə insanlar problemlərlə üzləşiblər.
“Associated Press” agentliyinin xəbərinə görə, İvankanın ailəsi küçədəki parkinqi zəbt edib. Bundan başqa, onların zibillə dolu torbaları da lazımi yerə qoyulmadığı üçün zibilyığan maşınlar onu ordan gec, qrafikə uyğun olmayan vaxtda götürürlər. Bu isə xanım Trampın pinti ev sahibəliyi kimi qiymətləndirilib. Qonşular ailənin sayı həddən artıq çox olan cangüdənlər ordusundan da narazılıq ediblər. Onlar cangüdənlərin gəlib-gedənləri, eləcə də qonşuları cani kimi süzməsinin qıcıq doğurduğunu deyiblər. Yaxınlıqda yaşayan sakinlərdən biri, Marietta Robinson deyib ki, bu ailənin həmin evə köçməsindən sonra fəlakətli günlər yaşayırlar.
Bununla yanaşı, AP yazır ki, rayon sakinləri yüksək çinli və məşhur qonşulara öyrəşiblər. Belə ki, ABŞ-ın eks prezidenti Barak Obama və onun ailəsi də Ağ Evdən gedəndən sonra Kaloramedə yaşayıblar. Bu günlərdə isə ABŞ-ın Məxfi Xidməti bütün kvartalda onlar üçün yol hərəkətini qapadıb. Amma buna baxmayaraq, bu günə qədər qonşularda heç kim İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner qədər qıcıq doğurmayıb.
Məxfi Xidmətin mətbuat katibi deyib ki, artıq qonşularla prezident qızı arasındakı bu gərginlik şəhər rəhbərliyi ilə müzakirə olunub. Yaxın günlərdə problem hansısa formada yoluna qoyulacaq.
Qeyd edək ki, 35 yaşlı İvanka və 36 yaşlı əri Cared yaşları 1 ilə 5 arasında dəyişən üç uşaqları ilə birgə 2017-ci ilin yanvar ayından bəri dəyəri 5.5 milyon dollar olan üçmərtəbəli evdə yaşayırlar. Onlar Nyu Yorkdan Vaşinqtona Donald Trampın innaqurasiya mərasimindən sonra köçüblər. Hər ikisi Ağ Evdə yaşayırlar. (musavat)
İnterpress.az