Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəni təkzib etdi – “MTN işi”backend

Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəni təkzib etdi – “MTN işi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İclasda zərərçəkmiş şəxslərdən Mübariz Paşayev ifadə verib. Mübariz Paşayev ifadəsində bildirib ki, hər hansı zərər çəkməyib. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyib. Bildirib ki, istintaq zamanı ifadəsini oxumadan imzalayıb.

Məhkəmə prosesi martın 30-da davam edəcək.

Bu gün ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

S. Qurbanovun vəkili Azər Tağıyev jurnalistlərə bildirib ki, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə S. Qurbanovun vəkilləri vəsatətlə çıxış edərək onun səhhətində problem olduğunu deyiblər. Vəkillər S. Qurbanovun müalicə və müayinəsinin həyata keçirilməsini istəyiblər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra iclasda zərərçəkmiş şəxslərdən Rauf Həsənov ifadə verib. O, 2010-cu ildə qızıl alveri ilə məşğul olduğunu, Fizuli Əliyev və Yasin Məmmədov tərəfindən MTN-ə çağırıldığını, ondan 300 min manat pul tələb edildiyini deyib. O bildirib ki, borc aldığı 300 min manatı Y. Məmmədova verib. Sualları cavablandıran R. Həsənov S. Qurbanovu görmədiyini, tanımadığını deyib. ( apa )

İnterpress.az